ABŞ-ın müdafiə naziri Amerikanın PKK-ya qarşı mübarizədə Türkiyəyə yardım edəcəyini deyib

Amerika Birləşmiş Ştatlarının müdafiə naziri Robert Geyts Amerikanın yerləri barədə dəqiq məlumat əldə edildiyi təqdirdə İraqın şimalındakı kürd yaraqlılarına qarşı hərbi əməliyyatlara keçməyə hazır olduğunu bildirib. ABŞ-ın müdafiə naziri Robert Geyts Amerikanın Kürdüstan Fəhlə Partiyası-PKK yaraqlılarına qarşı mübarizəsinə yardım edəcəyini deyib. Lakin o, hərbi əməliyyatlar üçün spesifik məlumatların kifayət etmədiyini vurğulayıb. ABŞ-ın müdafiə naziri Geytsin dedikləri Amerikanın digər müdafiə rəsmilərinin fikirləri ilə üst-üstə düşmür. Onlar PKK ilə mübarizənin ABŞ qüvvələrinin prioriteti olmadığını deyirdilər. Burada qüvvələrin sayının azlığı və PKK-ya qarşı hücum üçün zəruri informasiya qıtlığını önə çəkilir. Müdafiə naziri PKK üzvlərini terrorçu adlandırıb. O, Türkiyəni hərbi əməliyyatlara əl atmaqdan çəkinməyə çağırmışdı. Amerika diplomatları əvvəlcə problemin diplomatik yollarla həllinə, İraq liderlərinin Türkiyə ilə bu sahədə əməkdaşlığına üstünlük verdiklərini deyirlər. ABŞ-ın müdafiə naziri Robert Geyts deyib ki, Amerika rəsmiləri İraqın şimalındakı kürd regionunun liderlərini Türkiyəyə qarşı hücumlara son qoyulması üçün ölçülər götürməyə çağırıb. Nazir məsələnin gələn həftə Avropaya səfəri zamanı Türkiyənin müdafiə naziri ilə müzakirə edəcəyini bildirib. Robert Geyts ABŞ konrqesində Türkiyədə Osmanlı İmperiyası dövründə ermənilərin sorqırımını tanıyan qətnamənin təsdiq edilərsə, bunun ağır nəticələr verə biləcəyinə dair xəbərdarllıq verib. Müdafiə naziri deyib ki, göründüyü kimi qətnamə təsdiq edilməyəcək, əgər edilsə Türkiyə İncillik hava bazasından ABŞ-ın ayağını kəsəcək. Robert Geyts bir daha təkrar edib ki, ABŞ-ın İraqdakı qüvvələrini təchizatla təmin edən təyyarələrin 70 faizi İncillikdən, İraqdakı əməliyyatlar üçün yanacağın üçdə bir hissəsi Türkiyənin yollarından keçir. Dünən Müdafiə ABŞ-da səfərdə olan Ermənistanın müdafiə naziri ilə görüşdüyünü, lakin ermənilərin soyrımına dair bu qətnamənin müzakirəyə çıxarılmadığını deyib.