Hindistan polisinin bildirdiyinə görə, dünən ölkənin Pəncab ştatında kino-teatrda baş verən bomba partlayışı azı 6 nəfərin ölümünə səbəb olub. Polis bu hücumun Sikh separatçıları ilə əməkdaşlıq edən müsəlman yaraqlıları tərəfindən törədildiyinə inandığını deyir. Lakin polis bu hadisə ilə bağlı detalları açıqlamayıb. Hadisə nəticəsində 32 adamın yaralandığı deyilir. Hələ ki, hücumun məsuliyyətini üzərinə götürən olmayıb.