İran təşkilatı Amerikanı müxalifətə pul ayırmamağa səsləyir

İranlı Amerikalı qruplar və insan hüquqları fəalları Birləşmiş Ştatları İrandan demokratiya yönümlü proqramlara dəstək verilməsini dayandırmağı xahiş etmiş və bu növ əməllərin daha çox ziyan gətirdiyini önə çəkmişlər. Milli İran Amerika Şurasının rəhbərlik etdiyi koalisiya Konqresə ünvanladığı məktubda bildirir ki, maliyyə yardımı bütün İranlı qeyri-hökumət təşkilatlarını risk qarşısında qoyur. Məktubda xahiş olunur ki, İran müxalifəti üçün ayrılmış 75 milyon dollar başqa məqsədlərə istifadə olunsun. Koalisiyanın məktubuna görə ABŞ Dövlət Departamentinin demokratiyanı dəstəkləmə proqramı İran hökumətinə müxalifətçiləri Amerika agentləri adlandırmağa yardım edir.