Çin Birmaya sanksiyalar qoyulmasını istəmir

Çin Birma hərbi hökumətinə ölkədəki zorakılıqlara görə, BMT-nin qoymaq istədiyini sanksiyaların əleyhinə olduğunu bildirib. Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Lui Yançaonun sözlərinə görə, Təhlükəsizlik Şurasının qəbul edəcəyi bütün aksiyalar ağıllı və lazımlıdır, yalnız sanksiyadan başqa. Şura hazırda vəhşiliklərlə bağlı hesabat hazırlayır. Çin Birmanın yaxın müttəfiqi və başlıca ticarət partnyorudur. O, Təhlükəsizlik Şurasında daimi üzv olduğuna görə, veto qoymaq hüququna malikdir. Elə bu səbəbdən də əvvəllər Çin Birmaya sanksiyalar qoyulmasının qarşısını alıb. Başqa bir xəbərdə isə, həbsdə olan Nobel mükafatı laureatı, müxalifət lideri Aunq San Su Yi hökumətin danışıqlara getmək addımını alqışlayıb.