Şimali Koreya özünün nüvə sınağının birinci ildönümünü qeyd edir

Şimali Koreya bu gün öz nüvə sınağının birinci ildönümünü qeyd edərək, onu bütün koreyalılar üçün möcüzə adlandırıb. Şimalın əsas “Rodunq Sinmun” qəzetində sınağın ölkənin təcridini artırması və ağrılı sanksiyalara yol açması haqda heç nə deyilmir. Əvəzində məqalədə bildirilir ki, nüvə sınağı Şimali Koreyanı qüdrətli bir dövlətə çevirdi. Məqalədə yazılanlara görə, nüvə sınağı 70 milyon koreyalıya sülh və firavanlığa ümid verdi. 70 milyon rəqəmi ikiyə bölünmüş Koreyanın ümumi əhalisinin sayıdır.

2006-cı ildə nüvə sınağı keçirdikdənm az sonra Pxenyan altıtərəfli danışıqlar masası arxasına qayıtmış və bu ilin fevral ayında nüvə obyektlərini bağlamağa razılıq vermişdi.