İsrail nəzarətindəki Köhnə Qüds barədə danışıqlar aparıla biləcəyini deyib

İsrail baş nazirinin müavini Hayem Roman İsrail radiosuna verdiyi müsahibəsində deyib ki, onun hökuməti yəhudi məntəqələrinin İsrailə birləşdirilməsi müqabilində Qüdsün bəzi ərəb məhələlərini fələstinlilərin nəzarətinə verə bilər. Lakin o, bu barədə təfərrüatı ilə məlumat verməyib. Cənab Haemin sözlərinə görə, İsrailin nəzarətindəki Köhnə Qüds barədə danışıqlar aparıla bilər. Köhnə Qüdsün bu bölgəsi yəhudi, müsəlman və xristianlar üçün müqəddəs ərazi sayılır.

Qeyd edək ki, Qüdsün statusu İsraillə fələstinlilər arasında mövcud olan başlıca münaqişə mənbələrindən biridir. Bu məsələnin gələn ay ABŞ-ın sponsorluq etdiyi Yaxın Şərq Konfrasından müzakirə ediləcəyi gözlənilir.