Əfqanıstanda terror aktı 1 nəfərin həyatına son qoyub

Əfqan rəsmiləri bildirirlər ki, Kabildə bir intiharçı Amerika hərbi maşın karvanına etdiyi hücumu nəticəsində bir əsgər və 5 Əfqan mülki vətəndaşı həlak olub. Azı 7 nəfər yaralanıb. Əməliyyat Amerikanın başçılığında hərbi qüvvələr tərəfindən Əfqanıstanın işğal edilməsinin 6-cı ildönümünə təsadüf edir. Bugünkü hücum Kabildə bir həftə ərzində həyata keçirilən üçüncü böyük əməliyyatdır. Keçən şənbə intiharçının hərbi maşıma etdiyi hücumu nəticəsində azı 30 nəfər həlak olmuşdu.