Müşərrəf keçmiş baş naziri əfv etdi

Pakistan prezidenti Pərviz Müşərrəf keçmiş baş nazir Benazir Bhuttonun üzərindən korrupsiya ittihamlarının götürülməsi haqda sənədi imzalayıb. Bu, xanım Bhuttonun prezindetdən hakimiyyətin bölüşdürülməsi üçün başlıca tələbi idi. Hazırda hər iki tərəf hakimiyyət bölgüsü haqda danışıqlar aparırlar. Şərtlərin nələrdən ibarət olduğu hələ ki açıqlanmır. Günün sonuna kimi razılıq əldə olunması gözlənilir. Qeyd edək ki, Pakistan Ali məhkəmisi Müşərrəfin yenidən hakimiyyətə gəlməsini şübhə altında saxlayır. Müxalif siyasətçilər də onun ordu rəhbəri ola-ola növbəti 5 illiyə prezident seçilməsinin qanuni olmadığını deyirlər.Pakistan lideri isə yenidən prezident seçiləcəyi təqdirdə ordu rəhbərliyindən əl çəkəcəyini bildirib.