Cənubi Koreya prezidentinin Pxenyan səfəri başa çatdı

Prezidenti Roh Mu Hyunun Şimali Koreyaya səfəri zamanı əldə edilən əhatəli razılığa əsasən tərəflər Koreya yarımdasında sülhün bərqərar və firavanlığın təmin edilməsinə vəd veriblər. Bu gün Şimali Koreya lideri Kim Yonq İllə imzalanan birgə bəyannamədə 1950-53-cü iilər Koreya müharibəsindən sonrakı atəşkəs sazişinin sülh sazişi ilə əvəz edilməsi nəzərdə tutulur.

İki Koreyanın prezidentləri hərbi düşmənçiliyinə son qoyulması və gərginlyiin azaldılması sahəsində əməkdaşlıq edəcəklərinə vəd veriblər. Liderlər Çin və ABŞ nümayəndələrinin bu məqsədlərə nail olunmasına dair müzakirələrə dəvət edilməsi, daha artıq sammitlər keçirilməsi və ortaq balıqçılıq zonasının təşkilində də razılıq əldə ediblər.