Şimali Koreya ilə nüvə proqramı barədə razılıq əldə edilib

Çinin açıqladığı bəyanatda deyilir ki,altıtərəfli danığıqlarda Şimali Koreya ilə dekabr ayının sonunadək nüvə proqramının və əsas atom reaktorunun fəaliyyətini dayandıracağı barədə razılıq əldə edilib. Çinin Sinhua Xəbər Agentliyinin bildirdiyinə görə, razılıq barədə məlumatı bu gün, Şimali Koreyanın nüvə proqramı barədə altıtərəfli danışıqların Çin nümayəndəsi Vu Davei bəyan edib.

ABŞ prezidenti Corc Buş bu razılığı alqışlayıb. Dünən Birləşmiş Ştatlar nümayəndəsi Kristofer Hill Nyu Yorkdakı çıxışı zamanı razılığın detalları barədə bəzi aşıqlamalar vermiş və demişdir ki, Şimali Koreya yardım və dilomatik güzəştlər müqabilində nüvə proqramını tamamilə dayandıracaq.