İsrail rəsmiləri bir neçə saat yubadıldıqdan sonra 57 fələstinli məhbusun azad edildiyini bildirib. İsrail fələstinli məhbusların azad edilməsinin müqəddəs Ramazan ayı və fələstinlilərin prezidenti Mahmud Abbasla İsrailin baş naziri Ehud Olmertin çərşənbə günü nəzərdə tutulan görüşlərindən əvvəl xoş niyyət əlaməti olduğunu deyir.
Bu barədə razılıq hələ üç ay bundan əvvəl, İslamçı Həmas qrupunun Qəzza Zolağında nəzarəti əlinə almsından sonra, fələstinlilərin prezidenti Mahmud Abbasla əldə edilmişdi. Qeyd edək ki, iyul ayının 20-də də İsrail tərəfindən 250 nəfər Fətah üzvü azad edilmişdi.
Azad edilməsi nəzərdə tutulan digər 30 məhbusun isə Eres məntəqəsindən keçəcəyi gözlənilir.