Irana qarşı sanksiyalar təxirə salındı

BMT-də təşkil edilən toplantıda İrana qarşı yeni sanksiyaların təsdiqinin noyabr ayınadək təxirə salınması barədə razılıq əldə edilib. BMT-nin Təhlükəslzik Şurasının daimi üzvləri, o cümlədən Almaniya noyabr ayınadək diplomatik səylərin nəticə vermədiyi təqdirdə sanksiyalara əl atılacağını bildirib. Dünən ABŞ dövlət katibi Kondoliza Rays Nyu-Yokrda Fransa, Rusiya, Çin, Britaniya və Almaniyanın xarici işlər nazirləri, habelə Avropa İttifaqının xarici siyasət şöbəsinin rəhbəri Xaviyer Solana ilə görüş keçirmişdi.