İraq və Əfqanıstan müharibələrinə əlavə vəsait istənilib

Amerika Birləşmiş Ştatlarının müdafiə naziri Robert Geyts Konqresdən 2008-ci il Əfqanıstan və İraq müharibələrinə əlavə 190 milyard dollar vəsait ayırmasını istəyib. Hərbi məsrəflərə dair bu tələb Buş administrasiyası ilə demokratlar arasında daha bir mübahisəyə yol açıb. Qərbi Virciniya ştatından senator Robert Börd deyib ki, prezident Buş qüvvələrimizin heç vaxt başqa hökumətlərin nəzarətinə keçməyəcəyini deyirdi. “İndi isə ABŞ əsgərləri İraqın özünü idarə edə biləməyən hökumətinin girovundadır”-deyə o bildirib. Konrqres qarşısında ifadə verərkən müdafiə naziri Geyts əlavə vəsaitin yol kənarı bomba partlayışlarından müdafiə məqsədi ilə İraqdakı əsgərlərə hərbi maşınlar, təmir avadanlığı üçün lazım olduğunu bildirib. Fevral ayında prezident Buşun tələb etdiyi 141.7 milyard ABŞ dollarını ekspertlər təqribi rəqəm adlandırmış və bunun artacağını təxmin etmişdilər. İyul ayında müdafiə nazirliyi 5.3 milyard dollar istəmişdi ki, bunun minalardan müdafiə məqsədi ilə zirehli maşınalra xərclənəcəyini demişdi. 2008-ci ilin bazar etməsi başlayacaq büdcə ilində müharibə xərclərinin 190 milyard dolları aşmayacağı deyilir.