Ərəb Liqası və İraqın şiə vitse prezidenti ABŞ Senatında qeyri-mərkəzləşdirilmiş İraq hökumətinin yaradılmasına dair qətnaməni rədd edib. 22 ərəb ölkəsinin təmsil olunduğu Ərəb Liqasının rəsmisi deyib ki, plan ərəblərin maraqları əleyhinədir. İraqın vitse prezidenti Adil Əbdül Mehdi deyib ki, İraqın gələcəyinin iraqlılar özləri müəyyən etməlidir. Dünən Senatda 75 lehinə, 23 əleyhinə səslə qəbul edilmiş qətnamə İraqın sünnülər, şiələr və kürdlər tərəfindən nəzarət edilən üç etnik, yarı-muxtar hissəsyə ayrılmasını nəzərdə tutan siyasi həllə çağırır. Bağdadda mərkəzi hökumətsə İraqın sərhədlərini qorumalı və neft gəlirlərinin regionlar arasında bölüşdürülməsinə nəzarət etməlidir. Qətnamə lahiyəsi prezidentliyə namizədliyini irəli sürmüş Delaver ştatından demokrat senator Cozef Bayden tərəfindən təqdim edilmişdir. Senatorun bildirdiyinə görə, planda ABŞ hərbi qüvvələrinin İraqdan çıxdığı zaman ölkə üçün praktiki həll yolu göstərilir.