Birmada anti-xunta hərəkatı vüsət alır

Birmada bir qrup buddist rahib və onların tərəfdarlarının ev dustağı olan demokratiya fəalının evinə yaxınlaşmaq cəhdini hərbi qüvvələr dayandırmışlar. Bu gün Birma hərbçiləri qüc tədbiq edərək bir neçə yüz rahib və onların tərəfdarlarının demokratiya rəhbəri olan Aunq Su Kinin Rangundakı evinə yaxınlaşmaq cəhdinin qarşısını almışlar. Dünən qecə rahiblərin diqər qrupu fəalın evinə yaxınlaşa bilmişdi. Bundan əvvəl isə, yarısı rahib təxmin edilən təgribən 20 min insan 20 il ölkəni idarə edən hərbi rejimə itaətsizlik rəmzi olaraq paytaxt Ranqunda nümayış keçirmişdir. Altı qün davam edən itaətsizlik nümayışlərinə ilk dəfə olaraq qadın rahibələr də qoşulmuşlar. Nyu Yorkda ABŞ Dövlət katibi Kondoliza Rays ölkəsinin situasiyanı diqqətlə izlədiyini bildirmiş və Birma hökumətini qəddar adlandırmışdır.