Pakistan rəsmiləri bildirirlər ki, Taliban tərəfdarı yaraqlıların Əfqanıstanın şimal-qərb sərhəddində raketlərdən və qısa qülləli toplardan atəş açması nəticəsində bir əsgər ölüb, iki qadın yaralanıb. Rəsmilərin bildirdiyinə görə, qısa qülləli toplardan atılan bombalar qəbilələrin yaşadığı Bacair regionunda bir hərbi keçik məntəqəsi də daxil olmaqla, bir neçə obyektə dəyib. Digər bir insident zamanı, intiharçının maşınını hərbi konvoya vurması nəticəsində onun özü ölüb, bir nəfər yaralanıb.
Bu arada xəbər verilir ki, bu gün Karaçı şəhərində spirtli içkilərə zəhər qatılması səbəbindən azı 40 adam ölüb. Bir neçə nəfərin isə cümə axşamından bəri hələ də xəstəxanada olduğu bildirilir.