Vaşinqtonda yüksək səviyyəli görüş keçirilir

Bu gün Vaşinqtonda BMT-nin İrana qarşı sanksiyaların tətbiqi məsələsi müzakirə edilir. Yüksək səviyyəli görüşdə ABŞ, Britaniya, Fransa, Rusiya və Almaniya diplomatları iştirak edir. Amerika Birləşmiş Ştatları İrana qarşı daha ciddi sansiyaların tətbiq edilməsinə nail olacağına ümid bəsləyir. Amerikanın BMT-dəki səfiri Zalmay Xəlilzad bildirib ki, Vaşinqton bir neçə həftədən sonra BMT-nin Təhlükəsizlik Şurasında sankasiyalarla bağlı qətnamənin təsdiq ediləcəyini gözləyir.