İslamçıların veb səhifəsində Əl-Qaidə lideri Üsama Bin Ladenin yeni videosunun nümayiş etdiirəcəyi bildirilib. Videoda Bin Laden Pakistan prezidenti Pərviz Müşərrəf və Pakistan ordusuna qarşı müharibə elan edəcək. İnternetdə yayımlanan xəbərdə Bin Ladenin özünün şəxsən çıxış edib-etməyəcəyi barədə heç nə deyilməyib. Bundan bir neçə saat əvvəl Əl-Qaidənin yayımladığı videoda Bin Ladenin müavini Ayman Əl-Zəvahirinin Pakistan ordusunu pisləyən çıxışı nümayiş etdirilmişdi. Əl-Zəvahiri ordunu iyul ayında İslamabadın Qırmızı Məcscidindəki islamçılara hücum etməklə günahlandırıb. Ayman Əl -əvahiri yaraqlıların hücum zamanı öldürülən lideri Əbdül Rəşid Gazinin xatirəsini anıb, onun ölümünün qisasının alınmasına çağırıb.