Özbəkistanda prezident seçkiləri dekabrın 23-də keçiriləcək 

Özbəkistanın Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin dekabrın 23-də keçiriləcəyini élan edib. Komissiyanın rəhbəri bildirib ki, namizədlərin adı cümə günü açıqlanacaq. Elə həmin gün təbliğat-təşviqat kampaniyası rəsmən açıq elan olunacaq. 1989-cu ildən kürsünü ələ keçirən İslam Kərimovun seçkilərdə yenidən iştirak edəcəyi hələ məlum deyil. Onun səlahiyyət müddəti dekabrda bitir. Beynəlxalq seçki müşahidəçiləri heç vaxt Özbəkistan seçkilərini şəffaf və ədalətli adlandırmayıb.