Birləşmiş Ştatlar bildirir ki, Əfqanıstan, Birma və Venesuela keçən il narkotik maddələr əleyhinə beynəlxalq razılaşamlara əməl etməyib. ABŞ hökumətinin narkotik maddələr qaçaqmalçılığı və və onnların istehsalına dair illik hesabatında narkotik maddələrlə qeyri-qanuni ticarətin qarşısını almayan 20 ölkə göstərilir. Siyahıda olan 20 ölkəninin adı keçən ilki siyahıya da salınmışdı. Bu ölkələr arasında Braziliya, Kolumbiya, Hindistan, Nigeriya və Pakistanın adları var.