Gürcüstan İraqda əsgərlərin sayını azaltmağa hazırlaşır

Gürcüstanın Müdafiə naziri David Kezeraşvili İraqda gürcü əsgərlərin sayının gələn ilin yayına qədər 300-ə nəfərə kimi azaldılacağını deyib. Bu gün müxbirlərlə söhbəti zamanı nazir bildirib ki, əsgərlərin ixtisarı Birləşmiş Ştatlarla əvvəl əldə olunmuş razılığa əsasən aparılacaq. Kezeraşvili bunun 2008-ci ilin ortalarına qədər baş verməyəcəyini də deyib. Hazırda Gürcüstanın İraqda iki min nəfərdən ibarət əsgəri qüvvəsi var.