Viktor Zubkov prezident seçkilərində iştirakını istisna etmir

Rusiyanın yeni baş nazir vəzifəsinə nominasiyası verilən Viktor Zubkov deyib ki, o, mart ayında keçiriləcək president seçkilərində iştirak etmək məsələsini nəzərdən keçirəcək. Bir o qədər də tanınmayan bürokrat Viktor Zubkov seçkilərdə iştirakını istisna etmədiyini bu gün, Parlamentin Aşağa Palatsı -Dövlət Dumasının üzvləri ilə görüşü zamanı deyib. Qeyd edək ki, Dumada president Putini dəstəkləyənlər çox olduğu üçün sabah Viktor Zubkovun baş nazir vəzivəsinə namizədliyinin təsdiq ediləcəyi gözlənilir.