Evin məhbəsində saxlanılan amerikalı azad ediləcək

Aylardır Tehranın Evin məhbəsində saxlanılan Amerika iranlısı Kian Tacbəxş ona qarşı heç bir ittiham irəli sürülmədiyini və tezliklə azadlığa buraxılacağını deyib. Bu gün həbsxanada müxbirlərlə söhbəti zamanı Tacbəxş saxlandığı şəraiti normal adlandırıb. O, təcridxanada saxlansa da televiziya və şəxsi vanna otağına malik olduğunu deyib. Soros-Açıq Cəmiyyət institutunun məsləhətçisi Kian Tacbəxş may ayından həbsdə saxlanılır.