Bin Laden video-müraciət hazırlayır

İslamçı veb saytda qoyulmuş məlumata əsasən Əl Qaida terror şəbəkəsi Sentyabrın 11-i hücumlarının 6-cı ildönümü münasibətilə yeni video açıqlamaq məramındadır. Cümə axşamı verilən elanda 2004-cü ildən bəri videosu görünməyən terrorist liderin şəkli də nümayiş etdirilir. Bin Ladenin sonuncu audio-mesajı bir il bundan əvvəl açıqlanmışdı. Buş administrasiyasının sözçüsü bildirib ki, hücumlardan 6 il sonra Almaniyada və Danimarkada bu yaxınlarda həyata keçirilmiş həbslə ekstremistlərdən qaynaqlanan təhlükənin sovuşmadığını göstərir. “Ona görə də biz onlara qarşı mübarizəni davam etdirməliyik,” deyə sözçü əlavə edib.