Amerikanın Səsi: Rusiyanın Mərkəzi Avropada anti-raket sistemi yerləşdirmək haqda təklifi ciddi bir təklifdir yoxsa bu sadəcə olaraq Amerikanın planlarını sıradan çıxarmaq məqsədi daşıyır?
Endryu Apostolu: Bu, həm Amerikanın planlarını sıradan çıxarmağa yönəlib, həm də Azərbaycana pis bir kələdir. Ruslar əsasən anti-raket sistemini sıradan çıxarmaq istəyirlər. Onlar bu təklifi düşünəndə Azərbaycanla məsləhətləşməmişdilər. Amerikalılar heç vaxt bu təklifi qəbul etməməlidirlər. Rusiyanın bu addımı habelə Azərbaycana bir siqnaldır. Rusiya sabiq Varşava Paktı ölkələrinə açıq siqnal göndərir ki, biz hələ də nəzarətdəyik.
Amerikanın Səsi: Rusiyanın ümumilikdə özünün yaxın xaric adlandırdığı məkanla bağlı siyasəti nədir?
Endryu Apostolu: Vladimir Putinin simasında Rusiya daha ehtiyatlı qoluzorluluq edir. Hərçənd ki, Putinin özündə də bir o qədər nəzakət yoxdur, amma əvvəlki illərlə müqayisədə Moskva özünü nisbətən daha çox siyasi korret aparır. Heydər Əliyev hökuməti ilə müqayisədə Rusiya indi İlham Əliyev hökuməti ilə Çeçnistan və terrorizm məsələlərində daha yaxından əməkdaşlıq edir. Eyni zamanda ruslar Azərbaycana aydın edirlər ki, Moskvanın Azərbaycanın təhlükəsizliyi üzərində vetosu var. Mesaj budur ki, sən tam suveren deyilsən! Bu isə Qərb üçün qəbuledilməzdir. Amma təəssüf ki, Qərbin başı indi İraqa qarışıb.
Lakin Rusiyanın özü bu baxımdan düzgün hərkət etmir. Çünki Rusiyanın öz maraqlarındadır ki, İraq və Əfqanıstan kimi ölkələrdən qaynaqlanan terrorizm təhlükəsinin qarşısı alınsın. Günün sonunda Rusiya bu təhlükə qarşısında Amerika ilə müqayisədə daha zəıfdir. Rusiyaya gərəkdir ki, onun sərhədində olan ölkələrlə dostluq və əməkdaşlıq etsin. Ruslar isə bunun tam əksini edirlər.
Amerikanın Səsi: Bəzi ekspertlərin fikrincə Azərbaycan Qərblə Rusiya arasında cərəyan edən Böyük Oyun səhnəsidir. Sizin bu düşüncəyə münasibətiniz?
Endryu Apostolu: Mənim bu 19-cu əsr ifadəsindən ümumən xoşum gəlmir. Bu cür yanaşma neftin mühümlüyün şişirdir. Neft təbii ki, Azərbaycan üçün böyük faktordur. Onun kiçik iqtisadiyyatına neftdən gələn pul nəhəng təsir göstərir. Lakin yadda saxlamaq lazımdır ki, Azərbaycan neftinin əksər kəsimi ingilis şirkəti olan Britiş Petroleum tərəfindən hasil olunur, Amerikalılar tərəfindən yox. Dünya neft bazarı kontekstində isə bu neft o qədər böyük rol oynamır.
Bununla belə güclü və sabit Azərbaycan hamının marağındadır. Və bizə sərf edir ki, Qarabağ münaqiğöəsi tezliklə həll olunsun. Son vaxtlar bu problemlə məşğul olan diplomatlar optimist bəyanatlar verirlər. Mən ümid edirəm ki, onların dedikləri doğru çıxacaq. Hazırda Azərbaycan Amerika ilə, Ermənistan isə Rusiya ilə müttəfiülik edir. Rusiya kimi etibarsız dövlətlə ittifaq qurmaq Ermənistanın maraqlarına xidmət etmir. Yaxşı olardı ki, Cnubi Qafqaz dövlətləri bir araygələrək öz maraqlarını toplum kimi müdafiə edəydilər. Bu davam edən gərginik heç kimə xüeyir gətrimir.
Amerikanın Səsi: Amerika regionda nə edə bilər ki, onu etmir?
Endryu Apostolu: ABŞ Azərbaycan təhlükəsizlik sahəsində daha çox yardım göstərməlidir. Söhbət burada sırf hərbi yardımdan yox, təhlükəsizlik kontingetinin təkmilləşməsindən gedir. Azərbaycanın hazırkı təhlükəsizlik aparatı Sovet dönəminin məhsuludur ki, bu da təsəvvürdı olan düşmənlərlə həqiqətdə mövcud olan dümənlərə qarşı eyni dərəcədə mübarizə aparır. Azırbaycanılm insan qaçaqmalçılığılna və mütşəkkil cinayətkarlığa qarşı çoxlu işlər görə bilər.
ABŞ həmçinin insan hüquqları sahəsində Azərbaycana daha çox təsir göstərməlidir. Avropa Şurasının üzvü olan ölkə üçün bu cür davranış qəbuledilməzdir. Avropa Komissiyası bu barədə heç nə etmir. Lakin Vaşinqtonun borcudur ki Azərbaycan hökumətinə mesaj çatdırsın. Amerika göstərməlidir ki, onu təkcə Azərbaycan hökuməti yox, həm də Azərbaycan xalqı maraqlandırır. Çünki hökumətlər gəldi-gedərdir, xalq isə həmişə orada olacaq.