İsrailin Ali Məhkəməsi hökumətin İordan Çayının Qərb Sahilini İsraildən ayıran səddin istiqamətini dəyişməsinə dair hökm çıxarıb. Məhkəmə bu qərarı Fələstin kəndi Bilin yaxınlığından keçən səddin yerinin dəyişdirilməsini yerli sakinlərin narahat edilməməsi məqsədi ilə verib.
Fələstin kəndinin sakinləri və onları dəstəkləyənlər səddin kənd sakinlərini onların əkin sahələri və bostanlarından ayırdığını bildirir. Artıq iki ildir ki, sakinlər hər cümə günü etiraz aksiyası təşkil edirdi.