Kimyəvi Əlinin ölüm hökmü qüvvədə qalır

İraqın apelyasiya məhkəməsi Səddam Hüseynin Kimyəvi Əli adı ilə tanınan Əli Həsən Əl-Məcidin ölüm hökmünün qüvvədə saxlanmasına dair hökm çıxarıb. Məcid 1980-ci illərdə 180 000 İraq kürdünün soyqırımında ittiham edilir. Məhkəmə bundan əlavə Səddamın daha iki yüksək səlahiyyətli rəsmisi- ölüm cəzasına məhkum edilən sabiq müdafiə naziri və hərbi qərargahlar rəisinin müavininin hökmünü qüvvədə saxlayıb. Məhkəmə hökmün icrasına 30 gün vaxt verildiyini bidlirib.