Kərbəla zorakılıqları araşdırılacaq

İraqın baş naziri Nuri Əl-Maliki keçən həftə şiələrin Kərbəla ziyarəti zamanı 50 adamın ölümü ilə nəticələnən qarşıdurmanın araşdırılmasına dair xüsusi heyət təşkil edib. Maliki ofisinin bildirdiyinə görə, qrup neytral və tərəfsiz mövqe saxlayacaq. Bu bəyanatdan əvvəl radikal şiə ruhani Müqtəda Əl-Sədr İraq hökumətinin Kərbəla zorakıqlılarını aradırmadığı təqdirdə, əməliyyata keçəcəyi barədə xəbərdarlıq vermişdi. Xatırladaq ki, Əl-Sədr keçən həftə Mehdi Ordunun bütün fəaliyyətlərinin dondurulmasına göstəriş verdiyini bəyan etmişdi. İraq rəsmiləri Kərbəla zorakılqılarında Əl-Sədirn yaraqlılarının iştirak etdiyini deyir. Mehdi Ordusu isə bu ittihamları rədd edir.