İran vətəndaşlarının həbsinə etiraz edir

İran ABŞ hərbçilərinin dediyi kimi, maşınlarında qeyri-leqal silah aşkar olunduğu üçün İraqda həbs olunan 8 vətəndaşının həbsinə etiraz edir. İran ABŞ-ın maraqlarını Tehranda təmsil edən İsveçrə səfirliyinə bu gün etiraz təqdim edib. Qeyd edək ki, ABŞ və İranın birbaşa diplomatik əlaqələri yoxdur. ABŞ hərbçiləri bildirir ki, iki diplomatik pasport daşıyıcısı da daxil olmaqla, səkkiz İran vətəndaşı qısa müddətə istintaq məqsədilə həbs olunmuş və bu səhər İraq rəsmilərinə təhvil verilmişlər.

İranlıları və yeddi iraqlını daşıyan dörd maşın çərşənbə axşamı Bağdad yoxlama məntəqəsində saxlanmış və iraqlılardan tüfəng və iki tapança müsadirə olunmuşdu.