" hspace=2 src="/azerbaijani/images/ap_greece_fires_fireman_28aug07_eng_195.jpg" width=210 align=left vspace=2 border=0>Yunan yanğınsöndürənlərinə İsrail və Avropa ölkələrindən yardımlar davam edir. 5 gündür ara verməyən yanğınların söndürülməsi üçün su təyyarələri və vertolyotlardan istifadə edilir. Peloponnes yarımadasının cənub dağlıq bölgəsində vəziyyətə nəzarət etmək mümkün deyil. Polis indiyədək yanğınları törətməkdə günahlandırılan 7 adamı nəzarət altına alıb. Arson yanğınlarının arxasında duranlar haqda məlumat verənlərə 1.4 milyon dollar məbləğində mükafat vəd edilib. Qeyd edək ki, keçən həftədən bəri yanğınlar 63 insanın ölümünə, minlərlə hektar ərazi və zeytun bağlarının külə çevrilməsinə səbəb olub. Yüzlərlə kəndlərin sakinləri evakuasiya edilib. Sentyabrın 16-ı parlament seçkiləri hazırlaşan Yunanıstanın müxalif siyasətçiləri hökuməti səriştəsizlikdə günahlandırır.