Almaniya kanslerinin Çin səfəri davam edir

Çində tədqiqatçılarla görüşü zamanı Almaniya kansleri Angela Merkel deyib ki, Pekindən insan hüquqları sahəsində inkişaflar əldə etməsi gözlənilir. Xanım Merkel gələn il Pekində keçiriləcək Olimpiya oyunları öncəsi dünyanın gözünü Çinə dikdiyini bildirib. Almaniya kansleri deyib ki, Çində söz və mətbuat azadlığına xüsusi diqqət yetiriləcək. Angela Merkel Çin səfəri çərçivəsində jurnalistlərlə də görüş keçirib. Bazar ertəsi Çin liderləri ilə görüşü zamanı Angela Merkel iqlim dəyişikliyi və intellektual mülkiyyət hüquqları məsələrini müzakirə etmişdi. Qeyd edək ki, Çin mətbuatda senzura və jurnalistlərə qarşı təzyiqlərə görə qərb ölkələrinin tənqidləri altındadır.