Şiə zəvvarlar Kərbəladan təxliyyə edilir

Iraq rəsmiləri bildirirlər ki, Kərbəla şəhərində yaraqlılarla polis arasında baş verən qarşıdurmadan sonra ziyarətə gələn şiə zəvvarlar təxliyyə edilməyə başlamış və şəhərdə qeyri-müəyyən müddətə qadağa saatı élan edilmişdir. Polis zəvvarların müqəddəs şəhərdən çıxarılması üçün avtobuslar ayrıldığını və şəhərdə polis və hərbiçilərin artırıldığını bildirir.

Qeyd edək ki, qarşıdurma 12-ci imam Məhəmməd Əl-Mehdinin anadan olmasının ildönümü qeyd edilən şiələrin iki müqəqqəs ibadətgahı yaxınlığında baş verib. Yüz minlərlə şiə zəvvar hər il qeyd edilən mərasimdə iştirak etmək üçün müqəddəs Kərbəla şəhərinə gəlir.