Amerika Birləşmiş Ştatlarının baş prokuroru istefa verdi

Amerika Birləşmiş Ştatlarının baş prokuroru Alberto Qonzales istefa verdiyini bəyan edib. İstefası ilə bağlı mətbuat konfransı zamanı ABŞ-ın baş prokuroru qərarının səbəbləri barədə məlumat verməyib. İstefasının sentyabr ayının 17-də qüvvəyə minəcəyini deyən baş prokuror prezident Buşa dostluq münasibətləri və ona Amerika xalqına xidmət etmək imkanı yaratdığına görə təşəkkürünü bildirib. Bus administrasiyası onun istefa tələbi ilə məktubunu ötən çümə günü təqdim etdiyini bildirib. Keçən il 8 prokurorun işdən kənar edilməsi ilə yaranmış qalmaqaldan sonra demokratlar və respublikaçılar baş prokuroroun istefasını dəfələrlə tələb etmişdi. Qanunvericilərin əksəriyyəti bunun siyasi motivlərə əsaslandığına inanır. Alberto Qonzales bundan əlavə demokratlar və vətəndaş hüquqları müdafiəçilərinin də tənqidlərinə məruz qalmışdı. Beuna səbəb onun terrorizmdə şübhələnilənlərin hədəf alınmasını nəzərdə tutan daxili casusuluq proqramına dəstək verməsi olmuşdu. ABŞ prezidenti Corc Buş isə mübahisə prosesi boyu Qonzalesə dəstək vermişdi. Qeyd edək ki, Alberto Qonzales hələ Corc Buşun Texas qubernatoru vəzifəsinə namizədliyini irəli sürdüyü vaxt onu təmsil etmişdi. Qubernator seçildikdən sonra hazırkı prezident Harvard universitetinin məzunu Qonzalesi Texas ştatının ali şurasına sədr təyin etmiş, 2005-ci ildən isə onun baş prokuror vəzifəsini tutumasına dəstək vermişdi. Amerika tarixində ilk ispan mənşəli baş prokuror olan Qonzalesin yerinə kimin namizəd göstəriləcəyi hələ bəlli deyil.