Azərbaycanın xarici işlər naziri mətbuat konfransı keçirib

Sentyabrın əvvəllərində Bakıda Qəbələ RLS üzrə Azərbaycan-ABŞ-Rusiya üçtərəfli məsləhətləşmələri keçiriləcək. Bu baradə jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib. "Azərbaycanının işğal olunmuş torpaqlarına" və "QUAM-a üzv dövlətlərin ərazilərindəki dondurulmuş münaqişələrə dair məsələ BMT Baş Assambleyasının 62-ci sessiyasının cədvəlinə salınıb”-deyə xarici işlər naziri bildirib. O, məsələnin nə vaxt müzakirəyə çıxarılacağı barədə suala "bunu demək hələ tezdir", cavabını verib. Nazirin sözlərinə görə, QUAM-a üzv dövlətlər hələ məsələ ilə bağlı müzakirələri davam etdirirlər. E.Məmmədyarov BMT Baş Aassambleyasının 62-ci sessiyasının açılışında iştirak edəcəyini bildirib. Sentyabrın 3-4-də Brüsseldə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla ATƏT-in Misnk Qrupunun həmsədrlərinin görüşü gözlənilir. Bu barədə jurnalistlərə E.Məmmədyarovun özü bildirib. Onun sözlərinə görə, görüşdən sonra sentyabrın ortalarında həmsədrlər əvvəlcə Yerevana, sonra isə Bakıya səfər edəcəklər. "Bundan sonra xarici işlər nazirlərinin görüşünün olub-olmayacağı müəyyən ediləcək". Nazir Praqa prosesinin davam etdirilməsini vacib sayır. "Danışıqlar prosesinin davam etdirilməsi üçün yollar axtarırıq". E.Məmmədyarov Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvlərinin bölgəyə səfərlərinin hazırlanmasını istəyir. "Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Nizami Bəhmənov Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi ilə bölgəyə getməli idi. İndi Piter Semnebi orada problemin meydana gəldəyini deyir. Əgər P.Semnebi ilə icma üzvləri Dağlıq Qarabağa gedərsə, bu sülh prosesinə böyük bir kömək olar. Növbəti səfərlərlə bağlı danışmaq isə hələ tezdir". Nazir eyni zamanda, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin də icmalar arasında görüşlər keçirilməsini və Azərbaycan icmasının Dağlıq Qarabağa səfərlər etməsini dəstəklədiyini bildirib.