Nuri Əl-Malikinin Suriya səfəri davam edir

İraqın baş naziri Nuri Əl-Malikinin yüksək səviyyəli Suriya səfəri davam edir. Suriya prezidenti Bəşər Əssədlə Dəməşq görüşü ölkələr arasında münasibətlərin inkişafı kimi qiymətləndirilir. İraqın baş naziri Nuri Əl-Maliki Suriyanı ölkəsindəki zorakılıqlara son qoyulmasına yardım etməyə çağırıb. Baş nazir kimi bu ölkəyə ilk səfərini edən Nuri Əl-Maliki Amerika Birləşmiş Ştatları və İraqın xarici döyüşçülər və silahların sərhədlərdən İraqa keçirilməsinə mane olmamaqda dəfələrlə günahlandırdığı Suriya ilə əlaqələrin yaxşılaşacağına inandığını deyib. İraqın baş naziri bildirib ki, İraqla Suriya arasında dialoq birgə məqsədlərə yaxınlaşması və əməkdaşlığın möhkəmləndirilməsi, üzləşilən problemlərin həllinə yardım edəcək. Tərəflər sərhədlərin möhkəmləndirilməsi və iqtisadi əməkdaşlıq məsələlərini müzakirə mövzusu edib. Suriya və Səudiyyə Ərəbistanı İraqdakı Əl-Qaidə kimi qrupların əsas boru xətti hesab edilir. Belə ki, keçən həftə 400-ə yaxın insanın ölümünə səbəb olan kamikadze hücumlarının bu ölkələrdən koordinasiya edildiyi bildirilir. Bundan əlavə qaçqınlar və məcburi köckünlər məsələsinin də gündəmə gətirildiyi bildirilir. Xatırladaq ki, Suriyada 2 milyona yaxın iraqlı qaçqın sığınacaq tapıb. Dəməşq qaçqınların sayının artdığından şikayətlənərək, ABŞ-ı İraqda işğalçı qüvvə adlandırıb.