Rusiya hərbi aviasiya sənayesini nümayiş etdirir

Rusiya prezidenti Vladimir Putin ölkəsinin aviasiya sənayesinin dünya hərbi aviasiya texnologiyaları istehsalında lider mövqeyi tutması və mülki təyyarələrin satışında qlobal miqyasda rəqabət aparmaq üçün inkişafının vacibliyini qeyd edib.

Putin bu bəyanatı bu gün Moskvada Jukovski hərbi hava meydanında keçirilən beynəlxalq təyyarə sərgisinin açılışında verib. O, sərgidə iştirak edən Ukraynanın baş naziri Viktor Yanukoviçlə də görüşür.

Ekspertlər sərginin Rusiyanın son MiQ və Suxoy qırıcı təyyarələri, eləcə də S-400 raket əleyhinə müdafiə sisteminin satışı üzrə səylərini nümayiş etdirəcəyini deyir.

Bu gün Rusiyanın dövlət silah ixracçısı Rosoboroneksport İndoneziyanın 6 qırıcı təyyarənin alınması üzrə 300 milyon dollarlıq müqavilə imzalamağa hazır olduğunu bildirib.

Sərginin açılışından bir neçə gün öncə prezident Putin qırıcı təyyarələrin Sovet dövründə həyata keçirdikləri uzun mənzilli uçuşları bərpa etməsi barədə qərarını elan etmişdi.