Bu həftə İran prezidenti Mahmud Əhmədinejad iki il əvvəl prezident seçilməsindən sonra ilk dəfə qonşu Əfqanıstana səfər edib. İranın dövlət başçısı əfqan prezidenti Həmid Karzayla görüş keçirib. Liderlərin birgə mətbuat konfransında Taliban yaraqlılarının silahla təmin edilməsi ittihamlarını rədd edən İran prezidenti ABŞ və Britaniyanın iddialarının həqiqətə uyğun olmadığını deyib. Görüşdən sonra iki ölkə prezidenti ölkələr arsında əməkdaşlığın genişləndirilməsinə dair memorandum imzalayıb. İran prezidenti həftə sonu Türkmənistana getməlidir. Mahmud Əhmədinejad Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmək üçün Qırğızıstana da səfər edəcək.