Koreyalar sammiti yubadılır

Cənubi Koreya rəsmiləri Şimali Koreyanın iki ölkə arasında planlaşdırılan sammiti təxirə saldığını bildirir. Cənubi Koreyanın Yunifikasiya Nazirliyinin sözçüsü Şimali Koreyanın sammitin yeni tarixini elan edəcəyini deyib. Cənubi Koreya rəsmiləri sabah ölkə prezidentinin Şimali Koreyaya səfərinə hazırlıq məsələsinin müzakirə edilməsini təklif edirdi. Sammit avqust ayının 28-də Şimali Koreyanın sərhəd şəhəri Kaesonqda təşkil edilməli idi. Koreyalar arasında axırıncı sammit 2000-ci ilin iyun ayında təşkil edilmişdi.