Ukraynada müxalifət partiyasından namizədlər qeydiyyata alınmayıb

Ukraynanın Mərkəzi Seçki Komissiyası sabiq baş nazir Yuliya Timoşenkonun blokuna daxil olan müxalifət partiyasından namizədləri qeydiyyata almayıb. Bu isə ölkədə etirazlara səbəb olub. Müxbirlərlə söhbəti zamanı xanım Timoşenko məhkəməyə müraciət edəcəyini və Avropa ölkələrindən bu qərarın pislənməsini istəyəcəyini deyib. O, bu qərarın arxasında baş nazirin durduğunu bildirib, MSK-nın üzvlərini onun marionetləri adlandırıb.