Rusiyanın yüksək rütbəli hərbçisi Moskvanı Gürcüstan ərazisinə raket atmaqda günahlandıran Gürcüstan rəsmilərini təxribatda ittiham edib.
General Yuri Baluyevski bildirib ki, Tbilisi Gürcüstan-Osetiya münaqişəsinin nizamlanması üzrə birgə komissiyanın görüşünü pozmaqdan ötrü bu yalançı ittihamla çıxış edib.
General bildirib ki, Gürcüstan tərəfindən irəli sürülən ittihamlar Rusiyanın Cənubi Osetiyadakı sülhüqoruma qüvvələrinə və ümumiyyətlə Rusiya dövlətinə qarşı təxribatdır.
Gürcüstan Rusiya təyyarələrindən atılan raketlərin Gürcüstan ərazisinə düşdüyünü sübut edən radar məlumatlarının olduğunu bildirir. Raketlər Qori regionunda düşüb, amma partlamayıb.