Fransanın başçılıq etdiyi konsorsiuma Ukraynanın Çernobıldakı nüvə reaktorundakı axmaların qarşısını almaq üçün yeni qoruyucu çərçivə qurmaq həvalə edilib.
Ukrayna rəsmiləri bildirir ki, Avropa Yenidənqurma və İnkişaf Bankı müəssisənin 4 nömrəli reaktoru üçün sarkofaq qurulması üçün Novarka konsorsiumunu tenderdə qalib elan edib.
Novarka konsorsiumuna Fransa, Ukrayna və Almaniya şirkətləri daxildir.
Çernobıl reaktorunda 1986-cı ildə baş verən partlayış nəticəsində Avropaya radioaktiv duman yayılmışdı. Faciədən dərhal sonra inşa edilmiş beton sarkofaqın indi zədələndiyi bildirilir.