Mətbuat icmalı:İraqda vəziyyət 

Mətbuat icmalı:İraqda vəziyyət 

Vaşinqton Post qəzetinin yazdığına görə BMT son 3 ildə ilk dəfə olaraq Bağdadda mövcudiyyətini artırmağı təklif edib. Təşkilat bu addımı Buş administrasiyasının dəfələrlə müraciət etməsindən sonra atıb. Baş katib Ban Ki Munun siyasi məsələlər üzrə ali müşaviri B. Linn Pasko deyib ki, qarşıdan gələn aylarda BMT İraqdakı işçilərinin sayını artırmağı planlaşdırır. Yaşıl Zonadakı binası ətrafında təhlükəsizlik tədbirlərini gücləndirmək məqsədilə təşkilat 130 milyon dollar arayır.

Mətbuat icmalı:İraqda vəziyyət

Ekspertlərin fikrincə ABŞ-ın BMT-nin İraqdakı rolunu artırmaq barədə səyləri müharibə üçün beynəlxalq dəstəyi toparlamağa yönəlib. Bu addım habelə yenicə BMT-yə rəhbər seçilmiş Ban Ki Munun öz sələfindən fərqli mövqe tutmasından qaynaqlanır. Belə ki, Kofi Annan İraq müharibəsinə müxalifliyi ilə tanınırdı.

Hazırda Birləşmiş Ştatlarda və Böyük Britaniya Təhlükəszilik Şurasında BMT-nin sülh danışıqlarına aktiv rol oynaması üçün qətnamə qəbuluna çağıran səsvermə üçün təzyiqlər göstərirlər. Bu işdə administrasiya hazırda bu təşkilatda səfiri olan və bu yaxınlaradək Amerikanın Bağdadda elçisi olmuş Zalmay Xəlilzada bel bağlayır. Vaxtikən İraq Sünniləri və Şiələri arasında sülhü təşviq edən Xəlilzad hazırda BMT-nin aparıcı dövlətlərini missiyaya cəlb etməyə çalışır. Bu yönümdə artıq müəyyən irəliləyiş əldə olunub. Belə ki, ilin sonundaək BMT əməkdaşlarının İraqda sayı 65-dən 95-ə yüksəlib.

Bir sıra dövlətlərin İraqdakı səylərə cəlb olunması fonunda başqa regional dövlətlərin münaqişədəki rolu Vaşinqtonda ciddi narahatlıq doğurur. Nyu York Taymz qəzeti yazır ki, İraqdan daxil olan məlumatlara görə İran istehsallı bombalara vasitəsilə ölkədə törədilən kütləvi qətl aktları İyul ayında rekord səviyyəyə çatıb. Zirehdeşici xüsusiyyətə malik olan bu növ bombalara ötən ay həyata keçirilən 99 hücumun üçdə biri üçün məsuliyyət daşıyır. Amerika qüvvələrinin komandiri general leytenant Odierno deyir ki, bu bomba Amerika əsgərlərinə qarşı işlədilən ən ölümcül silahdır və o, yalnız Şiə militantları tərəfindən istifadə olunur.

Son həftələrədə Amerika qüvvələri əsas diqqəti xarici döyüşçlərin başçılıq etdiyi Sünni militantlarına yönəldiblər. Lakin General Odiernonun məlumatına görə daha uzun müddətli təhlükəni Şiə militantları törədir. Bağdadda Amerika əsgərlərinin ölümü və yaralanması ilə nəticələnən hücumların 73 faizi Şiələr tərəfindən həyata keçirilib.

Bir sıra mütəxəssislər hesab edirlər ki, Amerika itkilərinin sayını İraqda artırmaqla Tehran Sentyabrda gözlənilən Konqresin qərarına təsir göstərməyə çalışır. Belə ki, İranın siyasi maraqları ABŞ qüvvələrinin yaxın zamanlarda regionu tərk etməsini tələb edir. O biri tərəfdən İran rəsmiləri qətiyyətlə bu hücumlarda əlləri olmadıqlarını israr edirlər.