Şimali Koreya, ABŞ və digər 4 ölkənin iştirakı ilə Şimali Koreyaya enerji yardımı ilə bağlı yüksək səviyyəli danışıqlar başlayıb. Bu gün keçirilən iki görüşdə Şimali Koreyanın 950 min ton neftlə təmin edilməsi yolları müzakirə edilib. Problemlərdən biri Şimali Koreyanın neft ehtiyatını saxlamağa imkanı olmamasıdır. Enerji yardımı Şimali Koreyaya nüvə proqramından əl çəkməsi müqabilində göstərilir. Bu ölkə artıq 50 min ton nefti əsas nüvə obyektində reaktorları bağlaması ilə almışdı.