Yaponiya lideri istefa verməyəcək

Yaponiya baş naziri Şinzo Abe partiyasının parlamentin yuxarı palatasına seçkilərdə məğlub olmasından sonra artan istefa çağırışlarını rədd edir. Cənab Abe bu gün bildirib ki, o, baş nazir olaraq qalacaq, planlaşdırılan iqtisadi islahatları həyata keçirəcək və iqtisadi artıma yardımçı olacaq. Dünən keçirilmiş səsvermənin nəticələrinə əsasən baş nazir Şinzo Abenin hakim koalisiyası parlamentin yuxarı palatasına seçkilərdə ağır məğlubiyyətə uğrayıb. Liberal Demokrt Partiyası və onun koalisiya tərəfdaşı 121 yerdən yalnız 46-na, müxalifətdə olan Demokrat partiyası isə 60 yerə sahib çıxıb. İlk dəfədir ki, LDP parlamentin heç bir palatasında çoxluğa malik deyil.