Rusiya karqo təyyarəsi Moskvanın Domodedovo aeroportundan havaya qalxıdqdan bir neçə saniyə sonra qəzaya uğramış və içindəki 7 nəfərin hamısı həlak olmuşdur. Fövqəladə Hallar Nazirliyinin rəsmiləri deyirlər ki, Antonov-12 markalı təyyarə Sibirin Omsk şəhərinə 9 tonluq karqo daşıyarkən təyyarədə yanğın baş verib. Təyyarənin tutumu 20 tondur. Rəsmilər qəzanın səbəblərinin araşdırılacağını bildirib. Rusiya xəbər agentliyi məlumat verir ki, rəsmilər uçuş təhlükəsizliyi qaydalarını pozduğuna görə karqo şirkətinə qarşı cinayət işi qaldırıblar. Belə ki, 1964-cü ildə istehsal olunmuş təyyarə Noybarda xidmətdən çıxarılmalı idi.