Yaponiya seçkilərində hakim koalisiya məğlub olub

Yaponiya baş naziri Şinzo Abe bildirib ki, parlamentin yuxarı palatasına seçkilərdə məğlub olmasına baxmayaraq istefa verməyəcək. Cənab Abe bu sözləri mətbuat konfransında seçkinin nəticələrini qəbul edərkən ifadə edib.

Yaponiya mediasının verdiyi məlumata görə ekzit polun nəticələrinə əsasən baş nazir Şinzo Abenin hakim koalisiyası parlamentin yuxarı palatasına seçkilərdə ağır məğlubiyyətə uğrayıb. Seçicilər bu gün 242 üzvlük palatanın yarısını müəyyənləşdirirlər. Yapon televiziya şousunun apardığı ekzit pol göstərir ki, cənab Abenin Liberal Demokrat Partiyası və onun tərəfdaşı 38-55 arasında yerləri qazanır ki, bu da palatada çoxluğu əldə saxlamaq üçün tələb olunan 64 yerdən azdır. Təhlilçilər deyirlər ki, seçkilərdə ciddi məğlubiyyət baş naziri istefa verməyə məcbur edə bilər. Ötən Sentyabrda hakimiyyətə gəldikdən bəri cənab Abe hökumətin pensiya siyasəti və korrupsiya skandalları ilə bağlı tənqidlərlə üzləşib.