ABŞ Konqresi sentyabrın 11 komissiyasının tövsiyələrinin həyata keçirilməsinə çağıran qanun layihəsini böyük əksəriyyətlə təsdiq edib. Qeyd edək ki, bu komissiya 2001-ci il Əl-Qaidənin Amerikaya qarşı terror aksiyalarının araşdırılması üçün təsis edilmişdi. Nümayəndələr Palatasında qanun 371 leyhinə, 40 əleyhinə, Senatda isə 85 leyhinə, 8 əleyhinə səslə qəbul edilib. Burada gələn beş il üçün Amerikaya gətiriləcək bütün malların xarici limanlarda və üç il müddətində isə sərnişin təyyarələrindəki yüklərin yoxlanışı nəzərdə tutulur. Bundan əlavə dəmir yolu, tranzit təhlükəsiziylinin digər sahələrinə 4 milyard dollar məbləğində vəsait ayrılması, hökumətlə məlumat mübadiləsinin genişləndirilməsi, habelə viza proqramlarında dəyişikliklər irəli sürülür.