Prezident Buş səlahiyyətlərini müvəqqəti vitse-prezidentə ötürdü

Bu qün tibbi müayinədən keçməsi ilə əlaqədar prezident Buş öz səlahiyyətlərini ABŞ vitse-prezidenti Dik Çeyniyə vermişdir. Prezident Buş Merilend ştatının Kemp Devid prezident istirahət evində mümkün xərcənq xəstəliyinin yoxlanması məqsədi ilə mədə müayinəsindən keçib. Xatırladaq ki, 2002-ci ildə prezident eyni müayinədən keçən zaman cənab Çeyni bu vəzifəni icra etmişdi. Səlahiyyətlərin müvəqqəti verilməsi ABŞ konstitusiyası tərəfindən tənzimlənir.