Britaniya polisi terrorzmdə şübhələnilən iki nəfərin nəzarət altına alındığını bildirib. Rəsmilərin bildirdiyinə görə, Bristol şəhərində ələ keçirilən əfqan narkotik maddərlə bağlı ittiham edilirdi. Lakin onun evində aparılan axtarış nəticəsində əldə edilən dəlillər həmin şəxsin terrorzmlə əlaqəsi olduğuna dair şübhələr yaradıb. Polis axtarışın ikinci şəxsin həbsinə yol açdığını deyib. Dünən Britaniyada keçən ay London və Glasgo hücumları ilə əlaqədar 4-cü şəxsə qarşı rəsmən ittiham irəli sürülmüşdü.