Pakistan rəsmiləri Şimali Vəziristan regionundakı yaraqlılarla sülh danışıqlarını bərpa etmək istədikləri bir vaxt yoxlanış məntəqəsinə intiharçı tərəfindən edilən hücum üç Pakistan əsgərinin və bir mülki vətəndaşın ölümünə səbəb olub. Son bir neçə gün ərzində də həmin regiondakı iki yoxlanış məntəqəsində baş verən partlayışlar azı 70 nəfərin ölümü ilə nəticələnib. Pakistan rəsmiləri dünənki partlayış nəticəsində iki əsgərin qətlə yetirildiyini bildirirlər.
Qeyd edək ki, talibanyönümlü yaraqlılar Pakistan hökumətini Şimali Vəziristana daha çox qoşun yerləşdirərək hücumlara başlamaqla sülh barədə razılğı pozmaqda günahlandırırlar. Buna görə də onlar bazar günündən bəri sövdələşməni təxirə salmışlar.